“Sabah” klubu qış fasiləsində növbəti futbolçu transferini rəsmiləşdirib.
ÇıxışYolu.Com klubun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə ilə 2 illik müqavilə bağlanıb. O, “Sabah”da 17 nömrəli forma geyinəcək.
Karyerası ərzində “Qarabağ”, “Şüvəlan”, “Zirə” komandalarında çıxış etmiş yarımmüdafiəçinin son klubu “Qəbələ” olub.
Təmkin əsas millidə 10 oyun keçirib, 1 qola imza atıb.
Xatırladaq ki, Xəlilzadə “Sabah” FK-nın qış fasiləsində həyata keçirdiyi ikinci transferdir. Debütant bir neçə gün öncə Rəşad Eyubovla müqavilə bağlayıb.