58998608-5de2-4338-bca2-3e03159a71c8..jpg

Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi – AÇIQLAMA + FOTO

Baxış sayı: 569 dəfə baxılıb.

Təmsilçilərimizin “Avroviziya”da finala çıxma şansı dəyərləndirildi – AÇIQLAMA
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avroviziya 2024” mahnı müsabiqəsi bu il İsveçin Malmö şəhərində keçirilir.
May ayının 5-də “Avroviziya 2024” mahnı müsabiqəsinin açılış mərasimi olub. Bu
gün ilk yarımfinal olacaq. İkinci yarımfinal 9 may, final isə 11 mayda baş
tutacaq.

Azərbaycanı təmsil edən Fahree və İlkin Dövlətov bu gün birinci yarımfinalda
Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya,
İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova ilə
yarışacaq.

İkinci yarımfinalda isə Avstriya, Malta, İsveçrə, Yunanıstan, Çexiya,
Albaniya, Danimarka, Ermənistan, İsrail, Estoniya, Gürcüstan, Niderland,
Norveç, Latviya, San Marino mübarizə aparacaq.

Bəs görəsən bu il təmsilçilərimiz finala vəsiqə qazana biləcəklərmi?

Cixisyolu.com-ın əməkdaşı keçmiş “Avroviziya” təmsilçilərimiz ilə danışıb.

Azərbaycanın Əməkdar artisti, 2012-ci ildə “When the Music Dies” mahnısını ilə
ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil edən estrada müğənnisiSəbinə
Babayevaqeyd edib ki, Avropa yenə də muğamımızı eşidəcək:

“Mahnı yaddaqalandır. Fahree oxuduğu hissə çox melodikdir. Nəqərat hissəsi çox
asan yadda qalır. Mahnımızda həm müasirlik, həm də muğam var. İlkinin oxuduğu
hissə isə mahnının pik nöqtəsidir. Çox möhtəşəm və emosional səslənir. Avropa
yenə də muğamımızı eşidəcək. Azərbaycana və təmsilçilərimizə uğurlar diləyirəm.
Finala keçmək şansımız daha çoxdur. Yaxşı yer tuta bilərik”.

2014-cü ildə “Start a fire” mahnısı ilə Danimarkada ölkəmizi “Avroviziya”
mahnı müsabiqəsində təmsil edən estrada müğənnisiDilarə Kazımova
təmsilçilərimizə uğurlar diləyib:

“İştirakçılarımıza uğurlar diləyirəm. İnanıram ki, finala vəsiqə qazana
biləcəklər. Uğurla keçəcəyimizə əminəm. Hər şey çox gözəl olacaq”.

Qeyd edək ki, Azərbaycanı “Avroviziya-2024” mahnı müsabiqəsində ”Özünlə apar”
mahnısı ilə təmsil edəcək Fəxri İsmayılov (Fahree) və İlkin Dövlətov səhnəyə
birinci yarımfinalda 12-ci çıxacaqlar. Mahnının müəllifi Fəxri İsmayılovdur.
İfanın muğam hissəsini digər təmsilçimiz İlkin Dövlətov ifa edəcək.

Nəzrin Vahid

Source link