Təqaüdə çıxdığı gün milyonçu oldu

Təqaüdə çıxdığı gün milyonçu oldu

Baxış sayı: 3. 187 dəfə baxılıb.

Vankuver şəhər sakini Pin Kuen Şum ad günündə iki milyon dollarlıq cekpotu qazanıb.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Şum bildirib ki, lotereya biletini alan zaman yüksək əhval-ruhiyyədə olub, belə ki, həm ad günün həm də son iş gününü qeyd edib.

O, təqaüdə çıxdığı günüb axşamı iki milyon kanada dolları məbləğində mükafatı qazandığını öyrənib.

Qazandığı məbləğin bir hissəsini Çinə edəcəyi səyahət zamanı xərcləməyi planlaşdırır.

“Heç inanmağım gəlmir, hər üç əlamətdar hadisə bir gündə baş verdi. Öz işimdə uzun illər tər tökmüşəm, indi öz varidatımı ailəmlə bölüşmək istəyirəm”, – deyə Şum bildirib.

F.M.
www.ÇıxışYolu.Com