Təranə Qumral: “Anidən oldu, toydan gəlmişdik” – AÇIQLAMA
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Musa Musayevin vəziyyəti yaxşıdır.
Bu barədə Cixisyolu.com-a Musa Musayevin həyat yoldaşı, müğənni Təranə Qumral məlumat
verib.
Təranə Qumral qeyd edib ki, hazırda hər şey qaydasındadır:
“Öncə maraqlanan hər kəsə təşəkkür edirəm. Bir neçə gündür ki, hamı
narahatdır. Telefonlarımız susmur. Musa indi bir qədər yaxşıdır. Hər şey
qaydasındadır. Evdə müalicələri davam etdirilir.
Həkim deyib ki, Musa özünü infeksiyalardan və digər xəstəliklərdən
qorumalıdır. İkinci dəfədir ki, infarkt keçirib. Özünə diqqət etməlidir ki,
ikinci bir xəstəlik yaranmasın”.
T.Qumral həyat yoldaşının infarkt keçirmə anından danışıb:
“Xəstəlikdir, qəfil gələn bir şeydir. Öncədən, təəssüf ki, insana xəbər etmir.
Anidən olub. Toydan gəlmişdik. Yorğun idik. Gərginlik, yorğunluq – hamısı
üst-üstə gəlib. Yüksək təzyiqi də var”.
Xatırladaq ki, Təranə Qumral bir neçə gün öncə canlı efirlərin birində həyat
yoldaşının ikinci dəfə infarkt keçirdiyini qeyd edib. Hər kəsdən gizli
saxladıqlarını bildirib.
Nəzrin Vahid