99be6930-ffb9-4e87-b5f7-0f6da9c69c4d..jpg

Təranə Səmədova həbs olundu – FOTO

Baxış sayı: 1. 068 dəfə baxılıb.

Təranə Səmədova həbs olundu – FOTO

Tanınmış prodüser Təranə Səmədova həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, o, Cinayət Məcəlləsinin 182-ci ( hədə-qorxu ilə
tələb etmə) maddəsi ilə ittiham olunub.

Məlumatı DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev də təsdiqləyib. Onun
sözlərinə görə, prodüser barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilib, istintaq davam etdirilir.

Qeyd edək ki, T.Səmədova 2017-ci ildə də qadın alverində ittiham olunaraq 2 il
müddətinə azadlıqdan məhrum edilmişdi. 2019-cu ildə azadlığa çıxan tanınmış
prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün
saxlanılmışdı. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs
cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst
buraxılmışdı.

Onu da xatırladaq ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov
da hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.

Source link