27216aa5-5d42-45dc-abac-4483ba83ef28..jpg

Tərk edilmiş kənd, kimsəsiz küçələr, yarımçıq səhər yeməyi: “Nabat” filminin rejissoru danışdı – VİDEO

Baxış sayı: 646 dəfə baxılıb.

Tərk edilmiş kənd, kimsəsiz küçələr, yarımçıq səhər yeməyi: “Nabat” filminin
rejissoru danışdı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Konkret zaman və məkan anlayışı olmayan “Nabat” filminin rejissoru film
haqqında detallardan danışıb.

Filmin rejissoru Elçin Musaoğlu bildirib ki, bu kinoda bir kəndin dərdi, bir
nəfərin dərdidir.

Belə ki, filmdə müharibənin yükü Nabat adlı xalanın çiyinlərindədir.

Bununla barabər rejissorun dialoqlardan az istifadə etməsi, vəziyyəti əşyalar
və detallar üzərindən göstərməsi filmin bəşəriliyini artırıb.

Rejissor film haqqında məlumat verib.

O qeyd edib ki, filmdə Nabat yuxusunda şəhid oğlunu ağ atı çimizdirdiyi yerdə
görür.

Digər müharibə filmlərimizdə olduğu kimi, bu filmdə də ağ at işıqlı günlərə
inamdır.

Rejissor bizə tərk edilmiş kəndi sahibsiz evlərdə, kimsəsiz küçələrdə,
yarımçıq səhər yeməyində, döşəməyə dağılmış süddə, bombadan dağılmış evin
ortasında yanan çarpayıda göstərir.

Ətraflı Baku TV-nin süjetində:


Source link