7c5dbd7d-79c9-4d46-8554-7d4b623979dd..jpg

Tərlan Əhmədov: “İsti suyumuz olmur, komanda məşqdən sonra gedib evdə yuyunur”

Baxış sayı: 629 dəfə baxılıb.

Tərlan Əhmədov: “İsti suyumuz olmur, komanda məşqdən sonra gedib evdə yuyunur”

“Mənim burada qalıb-qalmamağım önəmli deyil. Elə vəziyyətdi ki, harada nəticə
versəm də, qəbul olunmur. Nəticə qəbul olunsa da, mən qəbul olunmuram”.

“Report”un məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov
Azərbaycan Premyer Liqasının XXVI turunun “Zirə” (1:1) ilə oyunundan sonra
mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, mövsümün sonunda bütün suallara aydınlıq
gələcək: “Bu dəfə də özünüz mövsümün axırında görəcəksiniz. Mən artıq normal,
şəraiti olan, nəticə tələb olunan, söz-söhbətsiz, qalmaqalsız, komandada
çalışmaq istəyirəm”.

Əhmədov bu oyunda rəqibdən üstün olduqlarını da bildirib: “Maraqlı oyun oldu.
Çalışırdıq 3 xal qazanaq. Qalib də gələ bilərdik. Qol epizodları yaratsaq da,
istifadə edə bilmədik. Düşünürəm ki, bu oyunda 2 xal itirən tərəf biz olduq.
Penalti epizoduna dəfələrlə baxdıq, mütəxəssislərə də göndərdik. Orda
penaltidən söhbət gedə bilməzdi. Artıq neçənci dəfədir haqqımız yeyilir. Sarı
vərəqlərə görə bəlkə də birinci yerdə gedirik. Artıq yorulmuşuq. Heç nəyimiz
olmadığı halda çalışırıq ki, nəyəsə nail olaq, amma təəssüf ki, bu hal bizə
imkan vermir. Bu, şikayət deyil. Komandam əla, baxımlı futbol oynayır. Heç bir
şəraitimizin olmadığı halda komanda 21 xal toplayırsa, bu futbolçulara təşəkkür
düşür”.

Yerli oyunçulara az şans verilməsi ilə bağlı da danışan məşqçi qeyd edib ki,
bunun üçün onların hazır olmaları lazımdır: “Mən də istəyərəm ki, meydana
yerli, gəncəli futbolçuları buraxım. Amma 6 aya oyunçu yetişdirə bilmərəm. Ötən
tur Mahir Həsənova şans verdim. Amma biz indi kim güclüdürsə, onu oynatmalıyıq.
Mən də istərdim ki, Mahir, Arzu Atakişiyev və digərləri oynasınlar. Bildiyim
qədər Mahir Həsənovun U-21 yığmasına dəvət almaq ehtimalı var. Biz də buna
çalışırıq”.

Stadiondakı qazonun vəziyyətinə də toxunan mütəxəssis işləri düzgün
qurulmadığını vurğulayıb: “Meydançanın vəziyyəti ilə bağlı danışmaq istəmirəm.
Mənə aid bir şey deyil. Amma deməliyəm ki, qazona düzgün xidmət göstərilmir.
Mənim komandam məşqlərini burada keçmir. Oyundan qabaq bura gəlirik. O qədər
problemlərimiz var ki, bu da onlardan biridir.

Təsəvvür edirsiniz, bu komandanın nələri çatışmır?! Komandamın tərcüməçisi
yoxdur. Əziyyət çəkirəm. Üç dildə danışıram fikirlərimi futbolçulara çatdırmaq
üçün. Elə olur ki, bizim hətta isti suyumuz olmur. Komanda məşqdən sonra gedib
evdə yuyunur. Bu problemləri biz klub olaraq yaşayırıq. Amma bununla belə,
çalışırıq ki, komandanı Premyer Liqada saxlayaq”.

Source link