Bu gün “Keşlə” Futbol Klubunun Müşahidə Şurasının iclası keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, şuranın iclasında qəsəbə komandasının baş məşqçi vəzifəsinə Tərlan Əhmədov təyin olunub.
Sonuncu dəfə “Neftçi”ni çalışdırmış azərbaycanlı mütəxəssislə müqavilə cari mövsümün sonunadək imzalanıb.
Qeyd edək ki, dünən Bakı komandası serbiyalı çalışdırıcı Mladen Milinkoviçlə müqaviləyə xitam verib. “Keşlə” hazırda sondan ikinci pillədədir.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com