“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik və digərlərinə hökm oxunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Tərtər işi” ilə bağlı ittiham olunan polkovnik Vüsal Ələsgərov, sabiq
qərargah rəisi, polkovnik-leytenant Rəşid Niftəliyev, müddətdən artıq hərbi
xidmət keçən Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə məhkəmə
prosesi başa çatıb.
“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun
sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, V.Ələsgərov 5 il 6 ay, R.Ələsgərov 9 il 6 ay, R.Niftəliyev 5 il
6 ay, R.Qarayev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bundan əvvəlki məhkəmə prosesində prokuror V.Ələsgərovun 10 il,
R.Ələsgərovun 12 il, R.Niftəliyevin 9 il, R.Qarayevin isə 8 il 6 ay müddətinə
azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, V.Ələsgərov, R.Ələsgərov, R.Qarayev Cinayət Məcəlləsinin 145.3
(qanunsuz azadlıqdan məhrumetmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan
qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2
(vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, F.Axundov CM-in 127.2.2
(qəsdən sağlamlığa az ağır zərərvurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3
maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.