3ea46d5a-fd54-4a0c-9e6b-0bb12a4a9083..jpg

“Tərtər işi”ndə ittiham olunan generalın işi icraata verilib, 63 zərərçəkmiş var

Baxış sayı: 2. 463 dəfə baxılıb.

“Tərtər işi”ndə ittiham olunan generalın işi icraata verilib, 63 zərərçəkmiş
var

“Tərtər işi” ilə bağlı ittiham olunan 5 nəfər – general-mayor Bəkir Orucov,
Rahib Məmmədov, İntiqam Məmmədov, Ziya Kazımov və Ülvi Rəşidovun cinayət işi
icraata verilib.

APA xəbər verir ki, iş Bakı Hərbi Məhkəməsində hakim Aslan Kalbalıyevin
sədrliyi ilə araşdırılacaq. İş üzrə ümumilikdə 63 nəfər zərərçəkmiş qismində
tanınıb.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda “Tərtər işi” ilə
bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib.
İstintaq zamanı iş üzrə şübhəli bilinən şəxslər cinayət məsuliyyətinə cəlb
olunublar.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma),
145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab
olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza),
341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü və digər maddələri ilə
ittiham olunurlar.

Source link