f34f9159-d4bb-4f19-885c-37421b13b936..jpg

Tərtər sakini minaya düşərək həlak olub – YENİLƏNİB

Baxış sayı: 433 dəfə baxılıb.

Tərtər sakini minaya düşərək həlak olub – YENİLƏNİB

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun işğaldan azad edilmiş
Həsənqaya kəndi ərazisində 1989-cu il təvəllüdlü mülki şəxs Yaquar Hadıyevin
dəmir tullantıları toplayarkən mina partlaması nəticəsində ölməsi faktı üzrə
Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Cixisyolu.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Xatırladaq ki, Yaquar Hadıyev faha öncə də minaya düşüb. Belə ki, 2023-cü
martın 9-da Tərtər rayonunun Çaylı kəndi ərazisində minalardan təmizlənməmiş
ərazidə piyada əleyhinə minanın partlayışı baş verib.

Mina partlayışı nəticəsində xəsarət alan 1989-cu il təvəllüdlü Hadıyev Yaquar
Əliheydər oğlu xəstəxanaya yerləşdirilib və sol ayağı amputasiya edilib.

17:37

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində
rayonun Həsənqaya kənd sakini, 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu
Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Araşdırma aparılır.

Source link