e8602d13-ee63-4482-ae64-0411dcdceda4.png

Tərtər sakinləri erməni vandallığından danışdılar: “Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb”

Baxış sayı: 305 dəfə baxılıb.

44 günlük Vətən müharibəsi zamanı ermənilər döyüş meydanından uzaqda olan
yaşayış məntəqələrini və mülki şəxsləri dəfələrlə hədəfə alıb. Hətta
məzarlıqlarda belə erməni vandallığının izləri qalmaqdadır.

Tərtərin Səhlabad kənd qəbiristanlığı kimi. Kənd sakini Cəbrayıl Yusifovun
sözlərinə görə, ermənilər sözügedən məzarlıqda bir gecədə bütün qəbirləri
dağıdıblar:

“Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb. 266 qəbirə ziyan dəymişdi,
100-dən çoxu isə tamamilə dağılmışdı”.

Qeyd edək ki, 2020-ci il oktyabrın 14-də dəfn mərasimi zamanı Tərtər şəhər
qəbiristanlığının raket atəşinə tutulması nəticəsində 4 mülki şəxs – Pərviz
Orucov, İsgəndər Əmirov, Vasif Rüstəmov və Şakir Zamanov aldığı qəlpə
yaralarından yerindəcə dünyasını dəyişib.

Daha ətraflı Baku TV-nin materialında:

Tərtər sakinləri erməni vandallığından danışdılar:
“Səhər gəlib gördük ki, bütün qəbirlər dağılıb”
Tərtər sakinləri erməni vandallığından danışdılar: “Səhər gəlib gördük ki,
bütün qəbirlər dağılıb”

Source link