Tərtər və Ağdamda minaya düşən şəxslərin vəziyyətləri AÇIQLANDI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən gün Tərtər rayonunun Çaylı kəndində minaya düşərək xəsarət alan Arzuman
Tağızadə və iki ayağı amputasiya edilən Elmir Bağırovun vəziyyəti ağırdır.
“Report”un Qarabağ bürosu xəbər verir ki, hazırda onların müalicəsi Bərdə
Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsində davam etdirilir.
Sözügedən ərazidə minaya düşərək xəsarət alan Polad İsmayılov isə Tərtər Rayon
Mərkəzi Xəstəxanasında müalicə olunur. Vəziyyəti qənaətbəxşdir.
Bundan başqa, ötən gün Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi
ərazisində təmizləmə işləri aparan zaman minaya düşən Minatəmizləmə
Agentliyinin (ANAMA) əməkdaşı 1987-ci il təvəllüdlü Xəyyam Əliyev xəstəxanadan
evinə buraxılıb.
Qeyd edək ki, hər iki faktla bağlı Ağdam və Tərtər Rayon Prokurorluqlarında
araşdırma aparılır.