dc9e9b7d-f5f4-4ee8-86a8-dc6de32ad9ef.webp

Tərtərdə 50 yaşlı kişi qətlə yetirildi: Saxlanılan var

Baxış sayı: 42 dəfə baxılıb.

Oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Cixisyolu.com-a Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, rayon ərazisində 1974-cü il təvəllüdlü Yaşar Abdullayevin almış
olduğu xəsarət səbəbindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon
prokurorluğuna məlumat daxil olub:

“Araşdırma zamanı 1994-cü il təvəllüdlü İnqilab Qayıbovun sentyabrın 27-də
aralarında yaranmış mübahisə zamanı Yaşar Abdullayevə üz nahiyəsindən yumruqla
xəsarət yetirməsi, sonuncunun zərbənin təsirindən yerə yıxılması nəticəsində
baş nahiyəsindən almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə
əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tərtər rayon prokurorluğunda
Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət
işi başlanaraq istintaq aparılır”.

Həmçinin qeyd edilib ki, İnqilab Qayıbov iş üzrə şübhəli şəxs qismində tutulub.

09:24

Oktyabrın 2-də saat 22 radələrində Tərtər rayonunda 1974-cü il təvəllüdlü
Yaşar Nadir oğlu Abdullayevin üzərində xəsarətlərlə xəstəxanaya daxil olması və
göstərilən tibbi müdaxilələrə baxmayaraq, ölməsi barədə polisə məlumat daxil
olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Cixisyolu.com-a
bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli
bilinən 1994-cü il təvəllüdlü İnqilab Ələsgər oğlu Qayıbov müəyyən olunaraq
saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Source link