88f94873-42ff-4056-8820-49afa1975e4b..jpg

Tərtərdə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Baxış sayı: 614 dəfə baxılıb.

Tərtərdə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Tərtərdə minaya düşən şəxsin vəziyyəti stabildir.

TƏBİB Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, xəstənin vəziyyəti
hazırda stabildir və stasionar şəraitdə müalicəsi davam etdirilir:

“Tərtər sakini Babaşov Xəzər Taryel oğlu 26.04.2023-cü ildə Tərtər Rayon
Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının
briqadaları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım
şöbəsinə gətirilib. Xəstə üzərində sağ aşağı ətrafın, baldır hissəsinin aşağı
1/3-dən amputasiyası əməliyyatı icra olunub. Xəstənin vəziyyəti hazırda
stabildir və stasionar şəraitdə müalicəsi davam etdirilir”.

Qeyd edək ki, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan
təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan
1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlunun sağ ayağı topuqdan
amputasiya olunub.

Nəzrin Vahid

Source link