a7c5ce93-fd3b-4ba8-8796-74ce0c9693d9..jpg

Tərtərdə oğurluq edən iki nəfər saxlanılıb

Baxış sayı: 705 dəfə baxılıb.

Tərtərdə oğurluq edən iki nəfər saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində
rayon ərazisindəki fərdi yaşayış yerlərindən oğurluq etməkdə şübhəli bilinən
şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu
məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq
əməllərini törətməkdə şübhəli bilinən rayon sakinləri Rəhman Səfərov və Şahmar
Rəsulov saxlanılıblar. Araşdırmalarla R.Səfərovun pul və qızıl-zinət əşyaları,
Ş.Rəsulovun isə iribuynuzlu mal-qara oğurlayaraq vətəndaşlara maddi ziyan
vurduqları müəyyən olunub.

Faktlarla bağlı istintaq davam etdirilir.

Source link