3e2e15e2-7405-4e2f-b35b-894b3c8182a3..jpg

Tərtərdə şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır – YENİLƏNİB

Baxış sayı: 1. 269 dəfə baxılıb.

Tərtərdə şəxsin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma
aparılır – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 5-i saat 12 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan
təmizlənməyən ərazisində mina partlaması nəticəsində 1 nəfərin xəsarət alması
barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Tərtər Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, hadisə nəticəsində rayon sakini 1960-ci il təvəllüdlü Asif
Hüseynov sağ ayağın pəncə hissəsinin travmatik amputasiyası və çox saylı qəlpə
yarası xəsarətləri alıb.

Hazırda vəziyyəti orta ağır olub, müalicəsi xəstəxanada davam etdirilir.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri
prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

14:23

2023-cü il 5 noyabr tarixində Tərtər rayonunun Təpəkənd kəndi istiqamətində
minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat
xidmətindən məlumat verilib.

Qeyd olunub ki, piyada əleyhinə mina partlayışı nəticəsində Tərtər rayon
Seyidimli kənd sakini 1960-cı il təvəllüdlü Hüseynov Asif Novruz oğlu xəsarət
alıb.

Xəsarət alan şəxsin sağ ayağı pəncə nahiyəsindən amputasiya edilib.

“ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli
davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!”-deyə, məlumatda
vurğulanıb.

12:43

Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin
minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı
polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin bildirilib ki, rayonun Seyidimli kənd sakini,
1960-ci il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

“Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa,
tələb olunan qaydalara riayət etməyə çağırırıq”-deyə, məlumatda vurğulanıb.

Source link