9577265e-d154-4f79-be79-e832560e8ad0..jpg

Təxirə salınmış İsrail – İsveçrə oyununun vaxtı bilindi

Baxış sayı: 454 dəfə baxılıb.

Təxirə salınmış İsrail – İsveçrə oyununun vaxtı bilindi

Noyabrın 15-də İsrail və İsveçrə milli komandaları arasında 2024-cü il futbol
üzrə Avropa çempionatının seçmə oyunu keçiriləcək.

Bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti
məlumat yayıb.

Oyunun məkanı daha sonra təsdiqlənəcək.

Qeyd edək ki, oktyabrın 8-də UEFA ayın 12-də İsraildə keçirilməli olan oyunun
təxirə salındığını açıqlamışdı. Oktyabrın 15-də Priştinada Kosovo və İsrail
yığmaları arasında matçın keçirilməsi planlaşdırılır.

Altı turdan sonra isveçrəlilər, rumınlar, belaruslar və andorralıların da yer
aldığı I qrupda israillilər 11 xalla üçüncü yerdədir. İsveçrə yığması 14 xalla
liderdir.

Mənbə: TASS

Source link