Təyyarə itə görə təcili eniş etdi

Təyyarə itə görə təcili eniş etdi

Baxış sayı: 4. 506 dəfə baxılıb.

Nyuarkdan Sant Luisə uçuş həyata keçirən “United Airlines” hava şirkətinə məxsus təyyarədə “səhvən yerləşdirilmiş” it aşkarlanıb.

ÇıxışYolu.Com “ABC News”a istinadla xəbər verir ki, təyyarə əməkdaşları hava gəmisində bir it olduğunu bildiriblər.

Bundan sonra təyyarə Ohayo ştatının Akron şəhərinə planlaşdırılmamış eniş edib.

İt sahibinə qaytarılıb.

Hava limanından “ABC News”a bildirilib ki, təyyarə sərnişinlərinin hər birinə yaşanan hadisəyə görə təzminat ödənilib.

Qeyd edək ki, bu, eyni hava şirkətinə aid təyyarədə yaşanan üçüncü “səhv”dir.

www.ÇıxışYolu.Com