Təyyarə ovu -  FOTOREPORTAJ

Təyyarə ovu – FOTOREPORTAJ

Baxış sayı: 1. 810 dəfə baxılıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanında “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən spottinq keçirilib.

ÇıxışYolu.Com-ın məlumatına görə, onlarla “təyyarə ovçusu” “Boeing-767”, “Boeing-757”, “Airbus A340”, “A320”, həmçinin “Boeing 747F” və “İL-76” yük təyyarələrinin qalxması və yerə enməsini çəkmək üçün unikal imkan əldə ediblər.

Təyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJ

Rəsmi çəkiliş zamanı aeroportun ərazisində fotokameraların obyektivinə təyyarələrin havaya qalxması və enişi, hava limanı xidmətlərinin fəaliyyəti düşüb.

Təyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJ

Həmçinin iştirakçılar hava gəmilərinə yerüstü xidmət prosesini və aerodrom texnikasının işini canlı müşahidə edə bilib.

Təyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJ

Havanın günəşli olması həm spotterləri, həm də iş başında olanları sevindirib.

Spottinq zamanı aeroport adi bir gün yaşayırdı: təyyarələr havaya qalxır və eniş edir, yerüstü xidmətlərin əməkdaşları isə onlara xidmət göstərirdi . Bunun dəfələrlə lentə alınmasına baxmayaraq, fotoqraflar hər dəfə özləri üçün yeni nə isə kəşf edirdilər.

Təyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJ

Uçma və enmə zolağında təyyarələri seyr etmək, turbinlərin səsini eşitmək, və gözəl kadrlar lentə almaq – sevimli iş və gözəl əhval-ruhiyyə bəxş edir.

Təyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJTəyyarə ovu -  FOTOREPORTAJ

Qeyd edək ki, aviasiya spottinqi – təyyarələrin fotoçəkilişi və müşahidəsi – aviasiyaya və fotoqrafiyaya meyl göstərən minlərlə insanları birləşdirən həvəsdir. Aviaspottinq həvəskarları bütün dünyada hava gəmilərinin ən yaxşı kadrlarını çəkir və bölüşürlər.

Sadiq FƏRZƏLİBƏY
www.ÇıxışYolu.Com