85c93d86-64cd-4f6d-bc53-05b132986f33..jpg

Təyyarə qəzasında ölən Hollivud aktyorunun son paylaşımı hər kəsi heyrətləndirdi – FOTO

Baxış sayı: 487 dəfə baxılıb.

Təyyarə qəzasında ölən Hollivud aktyorunun son paylaşımı hər kəsi
heyrətləndirdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Speed Racer” filmindəki rolu ilə tanınan və ötən gün təyyarə qəzasında həlak
olan Hollivud aktyoru Kristian Oliverin sosial şəbəkələrdə son paylaşımı
izləyicilərini heyrətləndirib.

“Cənnətdən salamlar!” – deyə aktyor qəzadan bir neçə gün əvvəl “Instagram”
hesabında paylaşım edib.

Ehtimal edilir ki, 51 yaşlı Kristian Oliver ailəsi ilə birlikdə tətildə olub
və hadisədən bir neçə gün əvvəl tropik çimərlik fotosu yayımlayıb.

“Cənnətin hansısa bir yerindən salamlar! Cəmiyyətə və sevgiyə… 2024-cü il –
budur, biz gəlirik”, – deyə aktyor fotoya şərh verib.

Xatırladaq ki, Kristian Oliver 10 və 12 yaşlarında olan iki qızı ilə birlikdə
Karib dənizi üzərindən uçuş edərkən yüngül mühərrikli təyyarədə qəzaya
uğrayıblar. Qəza nəticəsində aktyor və qızları, eyni zamanda təyyarənin pilotu
həlak olublar.

Mənbə: NDTV.com

Source link