Kiçik təyyarənin pilotu sərt enişdən sonra torpağı öpüb.
ÇıxışYolu.Com RİA Novosti-yə istinadla xəbər verir ki, hadisə Floridada baş verib.
Belə ki, “Wayman Aviation” yay məktəbinin pilotu tələbəsi ilə məşğul olan zaman enişdə problem yaşayır. Nəticədə uçuş zolağına enən hava gəmisinin uc hissəsi yerə “sürtülür”.
Təyyarədən enən pilot sağ-salamat olduğunu anlayandan sonra diz üstə çökərək yeri öpür.