Türkiyədə, Atatürk hava limanında təyyarəyə gecikən Rusiya vətəndaşı olan azərbaycanlı terminalın qapısını sındırıb.
ÇıxışYolu.Com bu barədə “Milliyet”ə istinadla xəbər verir.
Moskvadan gəlib Bakıya getmək üçün Atatürk Hava limanında 220 nömrəli qapıya gələn azərbaycanlı sonradan gecikdiyinin fərqinə varıb.
45 yaşlı, Elşad Hüseynzadə adlı sərnişin 502 saylı qapıya yaxınlaşıb və qapını təpikləyərək açmağa nail olub. O, təyyarəyə doğru qaçmağa başlayıb. Sonradan liman əməkdaşlarının diqqətini çəkən Hüseynzadə polis tərəfindən saxlanılıb.
Əməkdaşların şikayəti ilə o saxlanılıb və ifadəsi alınıb, sonra isə sərbəst buraxılıb. Hüseynzadənin sərxoş halda bu hadisəni törətdiyi güman edilir.