Tacikistan XİN Rusiyaya nota verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rusiyanın Düşənbədəki səfiri Semyon Qriqoryev Tacikistan Xarici İşlər
Nazirliyinə (XİN) çağırılıb.
Məlumata görə, səfirə Rusiya ərazisində Tacikistan vətəndaşlarına qarşı
kütləvi şəkildə mənfi münasibətin təzahürü ilə bağlı etiraz notası təqdim
olunub.
Tacikistan XİN Rusiyada vətəndaşlarının hüquq və azadlıqlarının pozulduğunu
bəyan edib.
Notada qeyd edilir ki, belə hərəkətlər müstəsna olaraq Tacikistan
vətəndaşlarına şamil edilir və bu, iki ölkə arasında münasibətlərin ruhu və
ənənələrinə uyğun gəlmir.
Mənbə: kommersant