Tacikistan yığması ilk dəfə iştirak etdiyi Asiya Kubokunun 1/4 finalına
yüksəlib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Tacikistan yığması Asiya Kubokunun 1/8 finalında BƏƏ-ni penaltilər seriyasında
məğlub edib – 1:1 (penalti 5:3).
Cixisyolu.com xəbər verir ki, hesabı 30-cu dəqiqədə Vəhdət Xanonov açıb. BƏƏ
komandası əsas vaxtın sonunda Xəlifə Əl Hammadinin qolu ilə hesabı
bərabərləşdirib. Əlavə vaxtda komandalar qol vura bilməyiblər və penaltilər
seriyasında Tacikistan millisinin futbolçuları daha dəqiq oynayıblar.
Tacikistan millisi Asiya Kubokunun ikinci 1/4 finalçısı olub. Bundan əvvəl
Avstraliya İndoneziyaya qalib gələrək (4:0) bu mərhələyə adlayıb.
1/4 finalda Tacikistan İraq-İordaniya cütünün qalibi ilə qarşılaşacaq.