Tacikistanda şənbə günləri səhər idmanı bütün dövlət qurumları, idarələri və təşkilatlarının işçiləri üçün icbari olub.
ÇıxışYolu.Com “Sputnik-Tacikistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin gənclər və idman məsələləri üzrə komitəsinin sədri Axtam Abdullazadə bəyanat verib.
“Tacikistan prezidentinin icra aparatı ilin sonuna kimi hər şənbə bütün şəhər və rayonlarda səhər idmanının keçirilməsi haqqında tədbirlər planını təsdiq edib”deyə komitə sədri bildirib.
Onun sözlərinə görə, şənbə günləri səhər idmanının təşəbbüskarı məhz Tacikistan prezidentidir.
Ötən şənbə qrafik üzrə ilk olaraq səhər idmanına Tacikistan inşaat və memarlıq komitəsinin əməkdaşları çıxıb.
Xatırladaq ki, yanvar ayından etibarən Tacikistanın DİN əməkdaşları nazir Ramazan Rəhimzadənin göstərişi ilə həftədə 2 dəfə icbari qaydada səhər idmanı, kros və üzgüçülüklə məşğul olur.