Tacikistanın müdafiə naziri “N” saylı hərbi hissəni ziyarət edib – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ölkəmizdə səfərdə olan Tacikistan Respublikasının müdafiə naziri
general-polkovnik Şerali Mirzonun rəhbərlik etdiyi nümayəndə heyəti “N” saylı
hərbi hissəsini ziyarət edib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nümayəndə heyətinə hərbi hissənin döyüş yolu və şəxsi heyətin hazırlıq prosesi
haqqında ətraflı brifinq təqdim edilib.
Tacikistanlı qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan şərait, silah
və döyüş texnikası ilə tanış olub, təlim mərkəzində hərbi qulluqçuların
nümunəvi çıxışlarını izləyiblər.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.