Taekvondo millimiz İranda iki beynəlxalq yarışda iştirak edəcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan taekvondo millisi İranda iki beynəlxalq yarışda iştirak edəcək.
Cixisyolu.com xəbər verir ki, yığma fevralın 12-15-i aralığında paytaxt Tehranda G1
kateqoriyalı “Fəcr Open”, ayın 16-19-da isə G2 kateqoriyalı Dünya
Taekvondosunun Prezidentinin kubokunda mübarizə aparacaq.
Beynəlxalq turnirlərdə kişilərdən ibarət millinin böyük məşqçi Elnur Amanov,
qadınlardan ibarət yığmanın böyük məşqçi Seulbi Li və məşqçi Zahid Məmmədovun
rəhbərliyi altında Səyyad Dadaşov (58 kiloqram), Rahid Vəliyev, Xıdır Məmmədov
(hər ikisi 54 kiloqram), Ruslan Seyidov, Malik Abbasov, Yusif Qurbanov, Adil
Eyvazov (hamısı 58 kiloqram), Riyad Şirəliyev, Pərviz İskəndərov (hər ikisi 63
kiloqram), Yaşar Məmmədli, Vaqif Hacıyev, Xanlar Xanəhmədov, Vüqar Bağırov
(hamısı 68 kiloqram), Ələskər Əliyev, Nicat İsmayılzadə (hər ikisi 74
kiloqram), Eltac Qafarov (80 kiloqram), Taleh Süleymanov (87 kiloqram), Səlimə
Quliyeva (46 kiloqram), Aylin Eynullayeva (49 kiloqram), Nigar Abdullayeva (53
kiloqram), Leyla Bəşirova, Nərgiz Kazımova (hər ikisi 57 kiloqram), Meylin
Məmmədzadə (62 kiloqram) və Nərmin Ənsəri (67 kiloqram) mükafatlar uğrunda
yarışacaqlar.
Qeyd edək ki, Tehrana fevralın 10-da yollanan komanda ayın 20-də Bakıya
qayıdacaq.