Taekvondo millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Taekvondo millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

Baxış sayı: 2. 155 dəfə baxılıb.

10-13 may tarixlərində Rusiyanın Kazan şəhərində keçiriləcək taekvondo üzrə XXIII Avropa çempionatında iştirak edəcək milli komandamız mayın 7-də yola düşəcək.

ÇıxışYolu.Com xəbər verir ki, Kazanın “Ak Bars” idman arenasında təşkil ediləcək qitə çempionatında ölkəmizi təmsil edəcək komandanın heyəti də açıqlanıb. 

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Avropa çempionatına 15 taekvondoçu yollanır.

Belə ki, baş məşqçi Reza Mehmandust və böyük məşqçi Rəşad Əhmədovun yetirmələrindən Xanoğlan Kərimov (-54 kq), Həşim Məhəmmədov (-58 kq), Xanrul Fətullayev (-63 kq), Məhəmməd Məmmədov (-68 kq), Səid Quliyev (-74 kq), Milad Beiqi Hərçəqani (-80 kq), Ramin Əzizov (-87 kq) və Radik İsayev (+87 kq) qitə birinciliyində mübarizə aparacaq.

Qadınların baş məşqçisi Elnur Amanov isə Fatimə Şabannia Mansur (-46 kq), Patimat Abakarova (-49 kq), Səhər Karqar (-53 kq), Mahtap Kiyaniçandə (-57 kq), Fəridə Əzizova (-67 kq), Elvarə Cəlilova (-73 kq) və Zahra Fazel Kalxorana (+73 kq) şans verib.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev qitə çempionatında ölkəmizi hakim qismində təmsil edəcək. Komandamız mayın 14-ü vətənə dönəcək.

S.T.
www.ÇıxışYolu.Com