Taekvondoçularımız mövqelərini qorudular

Taekvondoçularımız mövqelərini qorudular

Baxış sayı: 9. 592 dəfə baxılıb.

Dünya Taekvondo Federasiyası mart üçün reytinq cədvəlini açıqlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, Olimpiya çəkiləri üzrə açıqlanan ilk “onluğ”u yığmamızın üzvləri üçün uğurlu hesab etmək olar.

Dünyanın ən güclüləri sırasında qərarlaşan təmsilçilərimiz irəliləməsələr də, mövqelərini qorumağı bacarıblar. Belə ki, Olimpiya çempionumuz Radik İsayev (+80 kq) yenə ikincidir. O, aktivində 423,14 xal olan taekvondoçumuz rusiyalı Vladislav Larindən 9,95 xal geri qalır.

Dünya çempionumuz Milad Beiqi Harçeqani (80 kq) də II yerdə qərarlaşıb. Olimpiya mükafatçımız 444,93 xala sahibdir. İlk pillənin sahibi Şeyx Saleh Junior Sisse (Fil Dişi Sahili) təmsilçimizi 70,07 xal qabaqlayır.

68 kq çəki dərəcəsində yığmamızın lideri Ayxan Tağızadə də mövqeyini qoruyub. VIII pillədə qərarlaşan həmyerlimiz 197,23 xala malikdir.

Qeyd edək ki, qadın taekvondoçuların reytinqində ilk “onluq”da Azərbaycan millisinin üzvləri yer almayıblar. 

S.T.
www.ÇıxışYolu.Com