Tahir Əkbərin dəfn ediləcəyi yer açıqlandı

Baxış sayı: 8. 225 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, dünən gecə bəstəkar Tahir Əkbər vəfat edib.

ÇıxışYolu.Com-ın məlumatına görə, mərhumla vida mərasimi bu gün saat 12:30-da Təzə Pir Məscidində olacaq.

Bu barədə Zemfira Əlişqızı məlumat verib.

Bəstəkar “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, T.Əkbər uzun sürən xəstəlikdən sonra ötən gün, saat 21:30 radələrində öz evində dünyasını dəyişib.

.
www.ÇıxışYolu.Com