Tahir Əliyev: “Laçından çıxanda oğlum bələkdə idi, indi özü iki övladı ilə
qayıdır”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Laçından çıxanda oğlum bələkdə idi, indi 32 yaşı var”.
Bu sözləri Cixisyolu.com-a açıqlamasında Zabux sakini, keçmiş məcburi köçkün Tahir
Əliyev deyib.
O bildirib ki, bu gün çox sevinclidir:
“Sevincimizin həddi-hüdudu yoxdur. Bu gün doğma torpağımıza qayıdırıq. Laçının
işğaldan azad olunması xəbərini alanda göz yaşımızı saxlaya bilmədik. Oğlum
Laçından çıxanda altıaylıq körpə idi. İndi onun 32 yaşı var, iki oğlu ilə o da
Zabuxa qayıdır.
Bu günü bizə yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza minnətdarıq. Allah
şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”
Xatırladaq ki, bu gün növbəti köç karvanı Zabux kəndinə yola salınıb. İndiyə
qədər Zabux kəndinə 121 ailə (475 nəfər) köçürülüb.
Aytac Qasımova