e4b1274c-7bd5-4275-bee8-09b598d4a75c..jpg

Tahir Gözəl: “Çox ağır oyun oldu, lakin biz bunu bacardıq”

Baxış sayı: 574 dəfə baxılıb.

Tahir Gözəl: “Çox ağır oyun oldu, lakin biz bunu bacardıq”

“Bu tarixi bir gündür. Mən bu gün öz meydanımızda bu sevinci yaşadığım üçün
qürur hissi keçirirəm”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda
Sloveniyanının “Olimpiya” klubuna qarşı keçirilən UEFA Avropa Liqasının
pley-off mərhələsinin cavab oyunundan (1:1, ilk matç – 0:2) sonra jurnalistlərə
açıqlamasında deyib.

Klub rəhbəri komandanı təbrik edib:

“Əmin olun ki, Azərbaycanı və “Qarabağ” bütün dünyada tanınır. Komandamı
təbrik edirəm. “Olimpiya” heç də zəif deyildi. Çox ağır oyun oldu, lakin biz
bunu bacardıq. Qurban Qurbanov öz məharətini bir daha hər kəsə göstərdi”.

Tahir Gözəl klubun transfer çalışmaları barədə danışıb:

“Transfer məsələlərini Qurban Qurbanov həyata keçirir. Bunun üçün bizim
müəyyən büdcəmiz var. Hazırda maddi baxımdan bir sıxıntımız yoxdur. Təbii ki,
komandamıza gələn hər kəs artıq bizim oyunçumuz sayılır”.

Faiq Tahirov

Source link