ddbce986-91af-4b8d-81a2-f4017af0288c..jpg

Tahir Gözəl: “Qarabağ”ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu”

Baxış sayı: 577 dəfə baxılıb.

Tahir Gözəl: “Qarabağ”ın qələbəsi bu kədərli günlərdə bizə təsəlli oldu”

“Əvvəlcə Türkiyə xalqına başsağlığı verirəm. “Qarabağ”ın qələbəsi bu kədərli
günlərdə bizə təsəlli oldu”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl Bakıda
Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının
pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Funksioner “köhlən atlar”ın Azərbaycan futbolunun tarixində yeni ilkə imza
atdığını bildirib:

“Pley-off mərhələsində ilk qələbəmizdir. Çox uğurlu addımdır. Amma oyun hələ
bitməyib. Bu qələbə heç nə demək deyil. Fevralın 23-dəki cavab oyununda mən də
Belçikada olacağam. Həmin qarşılaşma bizim üçün çox önəmlidir. Tarixi görüşə
çıxacağıq”.

O, oyundan razı qaldığını söyləyib:

“Bilirsiniz ki, komandada çox dəyişikliklər baş verdi. Gedən, zədə səbəbindən
oynaya bilməyən futbolçularımız oldu. Amma sevinirəm ki, “Qarabağ” bu gün heç
bir oyunçudan asılı olmadığını sübut etdi. Biz artıq Avropa klubuyuq.
Komandanın artıq ənənəsinin olduğunu, Avropa futbolu sərgilədiyini, həmçinin
Qurban Qurbanovun məharətini bir daha gördük. Fəxr edirəm. Qoy, bu qələbə
xalqımıza təsəlli olsun”.

Source link