ab459c57-4628-4f61-93ed-00d9c171d466..jpg

Tahir Mirkişili: “Rəqabət Məcəlləsində sahibkarlar üçün kifayət qədər hüquq nəzərdə tutulub”

Baxış sayı: 539 dəfə baxılıb.

Tahir Mirkişili: “Rəqabət Məcəlləsində sahibkarlar üçün kifayət qədər hüquq
nəzərdə tutulub”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Rəqabət Məcəlləsində sahibkarlar üçün kifayət qədər hüquq nəzərdə tutulub”.

Cixisyolu.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili
bildirib.

O qeyd edib ki, məcəllə gələn il qüvvəyə minəcək:

“Rəqabət Məcəlləsinin qəbulunda məqsəd özəl sektor, ümumilikdə sahibkarlıq
üçün daha yaxşı, əlverişli rəqabət mühitinin yaradılması, inhisarçılıqla
mübarizə, qeyri-bərabərliyin, bir çox hallarda ədalətsizliyin aradan
qaldırılması ilə özəl sektorun daha çox inkişafına nail olmaqdır. Bildiyiniz
kimi, qəbul olunmuş dövlət proqramlarında növbəti illərdə iqtisadi artımın əsas
və müstəsna mənbəyi kimi özəl sektor göstərilir. Məcəllədə bu istiqamətdə
həyata keçirilən tədbirlərin bir parçası kimi özəl sektora qarşı hər hansı
ayrı-seçkilik baş verərsə, ona qarşı hüquqi mexanizmlərin yaradılması nəzərdə
tutulur”.

Aysel Aslan

Source link