d5014242-1f82-4476-b470-69a8e4b92c81..jpg

Tahir Mirkişili: “Sahibkarın hökmran mövqeyinə görə cərimə tətbiq edilməyəcək”

Baxış sayı: 414 dəfə baxılıb.

Tahir Mirkişili: “Sahibkarın hökmran mövqeyinə görə cərimə tətbiq edilməyəcək”

Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsinin sahibkarlıq
subyektinin hökmran mövqeyə sahib olmasına görə cərimə tətbiq edilməsi nəzərdə
tutulmur.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin iclasında komitənin sədri Tahir Mirkişili deyib.

“Elə başa düşülməməlidir ki, hansısa şirkət hökmran mövqedə olsa, dövlət onu
cərimələyir. Belə hal yoxdur. Bütün cərimələr sahibkarlıq subyektinin
hərəkətlərinə görə tətbiq edilir”, – deyə o bildirib.

Onun sözlərinə görə, əgər hökmran mövqeyə çatan şirkət heç bir qaydanı
pozmursa, ona cərimə tətbiq edilmir:

“Amma o, qaydaları pozursa, yəni qiymətləri süni şəkildə artırırsa, başqaları
ilə razılaşaraq bazara digər şəxsi buraxmırsa, ona cərimə tətbiq edilir. Tutaq
ki, şirkətin bazarda 90% payı varsa, amma heç bir qaydanı pozmursa,
cərimələnmir”.

Source link