2e6dcbb1-4b53-4892-88fe-2fb6acd1bca7..jpg

Tahir Mirkişili: “Yeni qanun layihəsi qiymət artımının qarşısını almağa imkan verəcək”

Baxış sayı: 523 dəfə baxılıb.

Tahir Mirkişili: “Yeni qanun layihəsi qiymət artımının qarşısını almağa imkan
verəcək”

Son zamanlar dünyada və bazarda baş verən qlobal hadisələr dövlət ehtiyatları
ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi zərurətini yaradıb. Ölkəmizdə
qlobal problemlərdən biri olan qida təhlükəsizliyinin aradan qaldırılması
istiqamətində çox mühüm addımlar atılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili komitənin oktyabrın 3-də
keçirilən iclasında deyib.

Dövlət Ehtiyatları Agentliyinin 2021-ci ildə yaradıldığını xatırladan Tahir
Mirkişili bildirib:

“Hazırda ən mühüm vəzifələrdən biri də ərzaq balansının qorunması, bazarın
tənzimlənməsi, istehsalın genişlənməsi, qiymət artımının qarşısının alınmasıdır
və bu istiqamətdə müvafiq işlər görülür. Yeni qanun layihəsi ciddi problemlərin
və narahatlıq doğuran qiymət artımının qarşısını almağa imkan verəcək”.

Komitə sədri bildirib ki, “Dövlət ehtiyatları haqqında” qanun layihəsi ölkədə
qiymət artımının artmasının qarşısını alacaq. Qeyd edilib ki, sənəd strateji,
səfərbərlik və fövqəladə ehtiyatların yaradılması, idarə edilməsi kimi
məsələləri özündə ehtiva edir.

Source link