Valideynlər maarifləndirilməli, onlarla geniş təbliğat-izahat işləri aparılmalı, şüurlar təzələnməli, təmizlənməlidir.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında millət vəkili Tahir Rzayev bildirib.
Onun sözlərinə görə, çünki bu gün bir çox valideynlərin, ata-anaların, ailələrin səhv və yanlış qərarları üzündən Azərbaycanda erkən nikahların və nəticədə də boşanmaların, uğursuz ailələrin, ailə-məişət zorakılıqlarının sayı həddindən çox artıb:
“Çox-çox təəssüflər ki, böyük ailə mədəniyyətinə, gözəl ailə institituna sahib olan Azərbaycanda son illər erkən nikahların və onların da nəticəsində uğursuz taleli ailələrin, evliliklərin, boşanmaların sayı sürətlə artmaqdadır.
Bu, hər birimizi ciddi və dərindən narahat edən bir məsələdir.
Bir çox valideynlər övladlarının sabahını, gələcəyini düşünmədən, ağına-bozuna baxmadan onların yerinə qərar verirlər, oğul və qız övladlarını tələm-tələsik erkən nikahlara məcbur edirlər.
Sanki dallarınca düşən, qaçan var bunların?!
Xüsusilə də, ölkənin Cənub bölgəsində qızların çox erkən yaşlarında- 14, 15, 16 yaşlarında ərə verilməsi “dəb” halını alıb.
Hamı sanki bəhsəbəsə girib ki, görək kim qızını tez ərə verəcək və ya kim oğlunu hamıdan qabaq evləndirəcək…
Bu hal artıq ölkənin digər bölgələrinə də sirayət etməkdədir” .
T. Rzayeb deyib ki, bu, çox ağrılı və təhlükəli bir tendensiyadır.
“Axı, ailə, övlad məsuliyyəti nə demək olduğunu hələ qavramayan, anlamayan 14, 15, 16 yaşlı qızı necə ailə qurmaya, ərə getməyə təhrik, vadar, məcbur etmək olar?
Biz hansı dövrdə, hansı zəmanədə yaşayırıq?
Niyə ailələr, valideynlər “qonşudan dala qalma” kimi zərərli düşüncə tərzinin əsirinə çevrilib övladlarını bədbəxt, mənəvi cəhətdən şikəst edirlər?
Vacibdirmi ki, qızları və ya oğlanları erkən yaşda ailə qursunlar, sonra da ailə çətinliklərinin yükünü çiyinlərində daşıya bilməyib, boşanmaq, parçalanmaq, dağılmaq məcburiyyətində qalsınlar?
Filankəsin atası varlıdır, gedim onun qızını oğluma alım, filankəs vəzifəlidir, qızımı onun oğluna verim, filan oğlan yaxşı vəzifədə işləyir, qızımı onunla evləndirim və sair, axı, bununla, bu düşüncə tərzi ilə hara gedirik, valideynlər niyə övladlarının qəsdinə durublar?
Ailə bəyəm oyun-oyunacaqdır?
Bunlar yolverilməz və qəbuledilməzdir.
Bu gün də ən çox boşanmalar məhz erkən nihaklara daxil olan cütlüklər arasında müşahidə olunur.
Nəticədə də gənc qızlar, gəlinlər, dünyaya yenicə gəlmiş körpələr bundan əziyyət, zərər çəkirlər.
Bir çoxları küçələrə atılır, valideynləri belə onlara yaxın durmur. Gənc qızlar, uşaqlar taleyin amansız ümidinə buraxılırlar.
Üstəlik intiharlar, təcavüzə, zorakılğıa məruz qalmalar, cinsi, fiziki istismarlar, insan alverinin qurbanına çevrilmələr və sair…
Bunlar vicdanı, qəlbi olan hər biri kəsi ağrıdır və ağrıtmalıdır.
Hətta, qanunvericiliyə edilmiş dəyişikliklər, ailə-məşişət zorakılığı ilə bağlı təkmil qanunvericilik belə bu cür halların qarşısının alınmasında bəzən acizdir.
Nə edirsən, et, xeyri yoxdur.
Qanunları nə qədər sətləşdirsək belə, yenə xeyri olmayacaq.
Çünki çoxlarının beyini yuyulmalı, şüurları təmizlənməli və təzələnməlidir.
Valeynlər arasında, xüsusuilə, də övladlarını evləndirməyə hazırlaşan ata-anlar arasında ciddi maarifləndirmə, təbliğat, izahat işləri aparılmalıdır.
Onlar yanlış və zərərli davranşılarından, övladlarının taley ilə oynamaqdan artıq geri çəkindirilməlidirlər.
Həmçinin, gənclər, ailə qurmağa hazırlaşan gənc cütlüklər arasında maarifləndirməyə, ailə, evlilik, övlad sahibi olmaq nədir, onlar barəsində həmin gəncləri bilgiləndirməyə böyük ehtiyac var.
Bunlar edilməsə, sonumuz heç yaxşı görünmür…”-deyə, millət vəkili sonda sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com