Tailandda müxalifətçi deputatlar Baş naziri özlərinə “tabe etdilər”

Baxış sayı: 1. 983 dəfə baxılıb.

Tailandda müxalifətçi deputatlar Baş naziri özlərinə “tabe etdilər”

Tailand parlamentinin müxalif deputatları ölkənin Baş naziri, general Prayut Çan-Oçanı hökumət proqramını kağıza baxaraq sözbəsöz oxumağa məcbur ediblər.

“RİA Novosti” xəbər verir ki, Baş nazir müzakirələr zamanı çıxışına tamaşaçıların öyrəşdiyi adi tərzdə başlayıb.  

Belə ki, o, 2014-2019-cu illərdə hərbi hökumətə başçılıq edəndə hər beşinci gün televiziyada tamaşaçılar qarşısına çıxaraq çıxış edirmiş.

General proqramın məzmununu açıqlayanda bu dəfə də mətndən istifadə etməyib, öz sözləri ilə izah edib. Baş nazirin bu cür çıxışı müxalif deputatların xoşuna gəlməyib. Onlar hərbi hissənin komanda yığıncağında belə çıxışların mümkün olduğunu vurğulayaraq, Baş nazirdən əvvəlcədən yayılmış sənədi üzündən oxumağı tələb ediblər.

Parlamentin sədri müxalifətin irəli sürdüyü əsaslarla razılaşıb və generaldan proqramı vərəqdən oxumağa başlamağı təklif edib.