6926d430-e354-4e47-a858-dcec84e7f6a1..jpg

Taksi sürücüləri təlimə məhəl qoymurlar? – VİDEO

Baxış sayı: 509 dəfə baxılıb.

Taksi sürücüləri təlimə məhəl qoymurlar? – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda 70 mindən artıq taksi fəaliyyət göstərir. Bu barədə ekspertlər
bildiriblər.

Xezerxeber.az-ın məlumatına görə, buna baxmayaraq, indiyə qədər Azərbaycan
Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Təlim-Tədris Mərkəzi və Peşə Təhsili
üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərində aparılan təlimlərdən
cəmi 12 min 54 sürücü keçib. Bu da ümumi taksi sayının 17 faizi deməkdir.

Baxmayaraq ki, yanvar ayından etibarən buraxılış vərəqəsi və buraxılış kartı
olmadan taksi fəaliyyəti ilə məşğul olanlar cərimələnəcəklər. Apardığımız
sorğudan da aydın oldu ki, hələ də təlimlərə qatılmayan və ya qatılmaq
istəməyən sürücülər var. Lakin təlimi vacib hesab edənlər də az deyil.

AYNA-nın mətbuat katibi Tural Orucov deyir ki, buraxılış vəsiqəsi olmadan
taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə vəzifəli
şəxslər 200 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına
görə isə 50 manat məbləğində cərimə tətbiq olunur.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, taksi
şirkətləri və taksi fəaliyyəti ilə məşğul olmaq istəyənlər mütləq qoyulan
tələblərə əməl etməlidirlər. Əks halda heç bir taksi şirkəti buraxılış kartı
olmayan sürücülərə sifariş yönləndirə bilməyəcəklər. Yönləndirdikləri halda isə
cərimələnəcəklər.

Ətraflı süjetdə:


Source link