Taksi sürücülərinin NƏZƏRİNƏ: İcazələrin verilməsinə başlanılır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlayır.
Nazirlikdən verilən məlumata görə, taksi minik avtomobili vasitəsilə
sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar
artıq müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər:
“İcazələrin verilməsi AYNA tərəfindən yaradılan “AYNA” informasiya sisteminin
“Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir.
İstifadəçilərhttps://e-xidmet.ayna.gov.az/
linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları
sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. Elektron
sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya
edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət
orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan
məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi
imkanı yaradılıb”.
Bildirilib ki, elektron portaldan istifadə zamanı çətinliklərin yaşanmaması
üçün AYNA tərəfindən taksi parklarına təlimlər keçirilib və xidmətdən istifadə
qaydaları ilə bağlı video təlimat hazırlanıb.
Qeyd edək ki, sözügedən icazəsi olmayan hüquqi şəxslər və ya fərdi
sahibkarlar, eyni zamanda icazəsi olmayan şəxslərə sifariş ötürən taksi sifariş
operatorları barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq
qaydada inzibati tənbeh tədbirləri görüləcək.