Taksi sürücüsü ilə yatdığı yataqda ərini öldürdü – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kişi ona taksi sürücüsü ilə xəyanət edən həyat yoldaşı tərəfindən qətlə
yetirilib.
Belə ki, Akif və Sahilə (Adlar şərtidir) bir il idi ki, ailə qurmuşdular.
Kirayə qalan cütlük çox yaxşı yola gedir, bir neçə il işlədikdən sonra övlad
sahibi olmaq istəyirdilər.
Bir gün Sahilə internetdən tapdığı iş görüşündən evə qayıdarkən taksi sürücüsü
Şakirlə tanış olur. Şakir iş tapmamaqla bağlı başına gələn məzəli əhvalatlar
uydurub onu güldürür və Sahilənin ondan xoşu gəlməyə başlayır. Ünvana çatanda
Şakir maşından düşüb Sahilənin nömrəsini alır və onların münasibəti başlayır.
Bir neçə gün yazışdıqdan sonra Şakir Sahilənin evinə gəlir, onlar spirtli içki
içərək bir-birinə sevgi etirafı edirlər. Daha sonra intim əlaqədə olurlar. Akif
isə Sahilə ilə aralarında soyuqluq yarandığını hiss edir, amma büruzə verməməyə
çalışırdı.
Şakir Sahilə ilə görüşmək üçün yenidən onun evinə gəlir. Onlar söhbət edərkən
Akif qəfil evə gəlir. Evinin qarşısında yad maşın görüb sürətlə içəri girir.
Onu qarşılayan həyat yoldaşından maşının kimin olduğunu soruşur, evdə başqa
birinin olduğundan şübhələndiyini deyir və otaqları axtarır. Sahilə Akifi
sakitləşdirərkən Şakir evdən qaçmağı bacarır.
Həmin gün Akiflə Sahilə axşama qədər söhbət edir. Sahilə daha sonra yemək
hazırlayır, lakin Akif istəmədiyini, dincələcəyini deyir. Sahilə isə baş
verənləri düşünərək səhərə qədər yatmır.
İstintaq zamanı məlum olub ki, səhər saatlarında Sahilə mətbəxdən götürdüyü
bıçaqla Akifin boyun və kürək nahiyəsinə zərbələr endirərək onu qətlə yetirib.
Lakin məhkəmədə Sahilənin verdiyi ifadələrdə qeyd olunub ki, əslində, Akif
intihara cəhd etmək istəyib. Sahilə onun əlindən bıçağı almaq istəyərkən
aralarında mübahisə yaranıb və Akif həyatını itirib.