Taksilər kütləvi surətdə cərimə meydançasına aparılır? – AÇIQLAMA + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Taksi avtomobillərinin kütləvi qaydada yol polisi tərəfindən cərimə
meydançasına aparılması ilə bağlı sosial şəbəkələrdə video yayımlanıb.
Videoda üzərində reklam olan avtomobillərin müvafiq sənədinin olmadığı üçün
Dövlət Yol Polisi tərəfindən cərimə meydançasına aparıldığı iddia olunur.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarədən Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirildi ki, videonu paylaşan
şəxsin avtomobili üzərində ötən ilə aid ödənilməmiş cərimə borcları olduğu üçün
mühafizə olunan duracağa yerləşdirilib.
Qeyd olunub ki, inzibati icraat zamanı sürücü müvafiq icra hakimiyyəti
orqanının razılığı olmadan nəqliyyat vasitəsində reklamın yayılması və
qeyri-qanuni sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün də inzibati
məsuliyyətə cəlb edilib.
Videonu təqdim edirik:
Əzizə İsmayılova