5373de1e-6ae0-4b0a-9ee0-71e6a6355883..jpg

Talassemiyadan əziyyət çəkən Cəbrayılın sizin köməyinizə ehtiyacı var – FOTO

Baxış sayı: 1. 069 dəfə baxılıb.

Talassemiyadan əziyyət çəkən Cəbrayılın sizin köməyinizə ehtiyacı var – FOTO

14 yaşlı Abdullayev Cəbrayıl talassemiya xəstəliyindən əziyyət çəkir.

Bu barədə Cixisyolu.com-a onun anası Abdullayeva Gülnar məlumat verib.

O bildirib ki, övladı 1 yaşından bu xəstəlikdən əziyyət çəkir.

“Balam 2010-cu ildən Respublika Talassemiya Mərkəzində böyük talassemiya
diaqnozu ilə dispanser qeydiyyatda olaraq mütəmadi müalicə alır. Dərmanlar çox
bahadır. Artıq 2 aydır ki, dərmanlar baha olduğundan ala bilmirik. Həkim isə
deyir ki, mütləq dərman alınmalıdır. Uşağımın vəziyyəti getdikcə pisləşir.
Artıq ağrılara dözə bilmir. Dərmanların alınması üçün isə 1000 manata
ehtiyacımız var. Xalqımızdan, imkanlı şəxslərdən xahiş edirəm ki, bizə kömək
olsunlar”.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən vətəndaş Abdullayev
Cəbrayıl Mehman oğlu ilə bağlı məlumat araşdırılıb. Valideynin məlumatına
əsasən, övladının qan xəstəliyindən əziyyət çəkdiyi və Talassemiya Mərkəzində
qeydiyyatda olduğu bildirilib. Vətəndaş əlavə olaraq övladının osteoporoz
xəstəliyinin müalicəsi ilə bağlı dərmanların alınmasında maddi köməklik
göstərilməsini xahiş edib. Talassemiya Mərkəzindən verilən məlumata əsasən,
Dövlət Proqramı çərçivəsində həyata keçirilən osteoporoz xəstəliyinin müalicəsi
üçün dərman preparatı təminata daxil edilməyib.

Ailə ilə əlaqə üçün: 055 920 63 37

Source link