690853b6-c521-4e57-90fd-b7985680a29d..jpg

Taleh Kazımov: “Azərbaycanda banklararası təminatsız bazarın həcmi altı dəfə artıb”

Baxış sayı: 507 dəfə baxılıb.

Taleh Kazımov: “Azərbaycanda banklararası təminatsız bazarın həcmi altı dəfə
artıb”

“Bu il avqust ayına Azərbaycanda banklararası təminatsız bazarın həcmi ötən
ilin sentyabr ayı ilə müqayisədə təxminən 6 dəfədən çox artaraq 787,5 milyon
manatdan 4,9 milyard manata çatıb”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımov “Global Finance”a müsahibəsində deyib.

O bildirib ki, banklararası təminatsız bazarın inkişafı Mərkəzi Bankın əsas
prioritetlərindən olub:

“Bu istiqamətdə 3 əsas məsələyə infrastrukturun inkişafı, iştirakçıların
(bankların) bazarda fəallığının təşviq edilməsi və baza qısamüddətli faiz
dərəcələrinin formalaşdırılmasına diqqət yetirdik. Hesab edirəm ki, bu sahədə
çox şey əldə etmişik. Bu, banklararası pul bazarının qeyd edilən seqmentində
böyük perspektivin olduğunu göstərir.

Bundan başqa, təminatsız bazar üçün qısamüddətli etalon faiz dərəcəsi kimi
AZIR indeksi formalaşdırılıb. Buna paralel olaraq banklararası təminatlı bazar
da inkişaf etdirilib və bu məqsədlə AINA indeksi formalaşdırılıb.

Son məqsədimiz qısamüddətli faiz dərəcələrini pul siyasəti dəhlizi daxilində
idarə edərək uzunmüddətli faiz dərəcələrinə təsir etməkdir”.

Source link