Taleh Kazımov: “Bank sektorunda təmərküzləşməyə qarşı mübarizə aparırıq”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Mərkəzi Bankı (AMB) bank sektorunda təmərküzləşməyə qarşı mübarizə
aparır.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında büdcə müzakirəsi zamanı
AMB-nin sədri Taleh Kazımov bildirib.
Baş bankir qeyd edib ki, banklararası bazar yaradılmasına nail olunub, lakin
likvidlik baxımından bank sektorunda təmərküzləşmə mövcuddur.
“Bu istiqamətdə ayrıca təşəbbüsümüz var. Biz təmərküzləşməyə qarşı mübarizə
aparırıq və bizim üçün bu, prioritet sahədir”, – deyə o qeyd edib.