ea0f1f8e-255d-44bd-912a-ac2d725ee341..jpg

Taleh Kazımov: “Dövriyyədə olan dollarların köhnə və təzə olmasının fərqi yoxdur”

Baxış sayı: 551 dəfə baxılıb.

Taleh Kazımov: “Dövriyyədə olan dollarların köhnə və təzə olmasının fərqi
yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hazırda Azərbaycanda dövriyyədə olan dollar əsginasların köhnə və ya təzə
olmasının fərqi yoxdur”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh
Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

“Bizim bazarda köhnə və təzə dollarlar kağızının rənginə və istehsal ilinə
görə təsnifləşdirilir. Buna baxmayaraq istehsalı 2006-ci ilədək olan dollarlar
və 2006-ci ildən sonra olan dollarlar rahat dövriyyə olunurlar və qəbulunda heç
bir problem yoxdur.

Kimsə bu barədə məsələ qaldırıb və əhali banklardan bu dollarları almır.
Nəticədə həmin pullar bankda qalır. Banklar da bu pulları xaricə göndərir və
yeni pullar sifariş edir. Bu məsələdə banklar müəyyən komissiya ödəyirlər”, –
deyə Taleh Kazımov əlavə edib.

Source link