“Vergi borcumun olduğunu iki gün öncə ölkəni tərk edərkən bildim”.
Bu sözləri Cixisyolu.com-a vergi borcu barədə danışarkən müğənni Talıb Tale deyib.
O, borcunu ölkəyə qayıtdıqdan sonra ödəməyi planladığını deyib.
“Mən telefonun mesaj bölməsinə çox baxmıram, iki gün öncə Azərbaycandan
çıxarkən vergi borcumla bağlı mesajı gördüm. Oktyabrın 20-nə qədər vaxtım
olduğu üçün ölkəyə qayıdarkən bunu ödəməyi düşündüm. Orada göstərilən yığılan
vergidir, onu ödəmək üçün vaxtım var hələ. Bunu vergidən yayınmaq kimi
qarşılamasın kimsə. Hər kəsi vergilərini vaxtlı-vaxtında ödəməyə, bundan
yayınmamağa çağırıram”, – deyə müğənni bildirib.