“Taliban” həbsxanaları boşalır: daha 33 nəfər azad edildi

Baxış sayı: 2. 793 dəfə baxılıb.

“Taliban” həbsxanaları boşalır: daha 33 nəfər azad edildi

Əfqanıstan təhlükəsizlik qüvvələri 33 nəfəri “Taliban” radikal hərəkatının həbsxanasından azad edib.

RİA Novosti xəbər verir ki, xilasetmə əməliyyatı Sanqin rayonunda və Hilmənd vilayətində aparılıb.

Əfqanıstan Müdafiə Nazirliyi bildirir ki, azad edilənlər arasında bir nəfər dinc sakin də var.

Ötən gün “Taliban”ın Zabul vilayətində yerləşən həbsxanasından 28 nəfərin azad edildiyi barədə məlumat yayılmışdı. Onlardan 16-sı dinc sakin, 12-si güc strukturlarının əməkdaşıdır.

Qeyd edək ki, Əfqanıstanda “Taliban”la hakimiyyət qüvvələri arasında qarşıdırma uzun illərdir davam edir.