e9618bd8-d924-4d16-b6e9-53ab4322f01a..jpg

“Taliban” hərəkatının bir qrup tərəfdarı HƏMAS-a qoşulub

Baxış sayı: 418 dəfə baxılıb.

“Taliban” hərəkatının bir qrup tərəfdarı HƏMAS-a qoşulub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanda siyasi hakimiyyətə gələn “Taliban” hərəkatının bir qrup tərəfdarı
Yaxın Şərqdəki münaqişəyə qoşulub.

Bu açıqlama Əfqanıstanın Bəlx vilayətindən olan nüfuzlu din xadimi Şərifullah
Şərafət məlumat verib.

O vurğulayıb ki, Fransada yaşayan 17 əfqan Fələstinə HƏMAS tərəfində döyüşməyə
gedib.

Din xadimi əlavə edib ki, bu şəxslər Pəncşir, Pərvan və Kapisa vilayətlərindən
olan gənclərdir.

Xatırladaq ki, hələ bir neçə gün əvvəl “Taliban” öz döyüşçülərinə Fələstindəki
müharibəyə getməyi qadağan edib. Hətta bununla əlaqədar qadağa fətvanın sənədi
də yayımlanıb. Fətvaya əsasən, “Taliban” döyüşçülərinin xaricdə müharibələrdə
iştirakı qadağandır.

Mənbə: Sputnik Əfqanıstan

Source link